Tokio olimpiadasının məşəli Yaponiyada alovlandırıldı

  • 12:04 - 20 Mart

Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli bu gün təhlükəsiz şəkildə Yaponiyaya çatdırılıb.

Bu barədə yerli ictimai televiziya xəbər yayıb.

Bildirilib ki, məşəli Yunanıstandan gətirən təyyarə Miyagi bölgəsinə planlaşdırılmış vaxtdan 1 saat tez çatsa da, güclü külək tədbirin xeyli gec başlamasına səbəb olub.

Mərasimdə Tokio-2020-nin Təşkilat Komitəsinin sədri Yesiro Mori, Yaponiya Milli Olimpiya Komitəsinin sədri və yerli cüdo federasiyasının prezidenti Yasuxiro Yamasita, cüdo üzrə 3 qat olimpiya çempionu Tedaxiro Nomura və sərbəst güləş üzrə 3 qat olimpiya çempionu Saori Yesida iştirak ediblər. Rəsmi şəxslərin çıxışlarından sonra T.Nomura və S.Yesida birlikdə məşəli alovlandırıblar.

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılma mərasimi martın 12-də keçirilib. Həmin tədbir də ilk dəfə azarkeşsiz baş tutub. İyulun 24-də start götürməsi planlaşdırılan Tokio olimpiadası avqustun 9-da başa çatacaq.(report)


Oxunma sayı: 6348

Oxşar yazılar