Həbib Nurməhəmmədov və Ferqüsson arasında çempionluq döyüşü təxirə salındı

  • 12:48 - 19 Mart

Mütləq Döyüş Çempionatı (UFC) 18 apreldə Həbib Nurməhəmmədov və Toni Ferqüsson arasında baş tutmalı olan çempionluq uğrunda döyüşü təxirə salıb.

Avropa.info xəbər verir ki, Bruklində keçirilməli olan tədbiri Nyu-York Atletik Komissiyası qadağan edib. Döyüşün ABŞ-da sürətlə yayılan koronovirus təhlükəsinə görə ləğv olunduğu bildirilir. 

Nurməhəmmədov döyüşü Məhəmməd Əli və Corc Forman döyüşü kimi Zairdə (indi Konqo Demokratik Respublikası) cəngəlliklər arasında keçirməyə təklif edib. UFC prezidenti isə daha irəli güdərək döyüşü Ayda keçirməyi təklif edib.


Oxunma sayı: 7305

Oxşar yazılar