"Bandotdel" əməliyyat keçirdi: Paytaxt sakinindən tapança və dörd patron götürüldü

  • 19:02 - 18 Mart

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Muradovdan “Makarov” markalı tapança və dörd ədəd patron aşkarlanaraq götürülüb.


Oxunma sayı: 6777

Oxşar yazılar