“Brent” markalı neftin qiyməti 2016-cı ilin yanvarından bəri ilk dəfə 28 dollardan aşağı düşdü

  • 15:53 - 18 Mart

Dünya bazarında neftin qiyməti 18 martdan azalmaqda davam edir. Koronavirus pandemiyası səbəbindən xammala tələbatın azalacağı qorxu yaradır.

Avropa.info oxu.az istinadən xəbər verir ki, ICE birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,5% ucuzlaşaraq, bir barel üçün 27,93 dollara düşüb. Bu, 2016-cı ilin yanvar ayından bəri minimum göstəricidir.

WTI markalı neftin qiyməti 3,93% azalaraq, bir bareli 25,93 dollara enib.

Xam neft istehsalının azalması və bununla bağlı ən böyük ixracatçılarda, xüsusilə Səudiyyə Ərəbistanında satış qiymətlərinin aşağı düşməsindən sonra OPEC+ sazişinin pozulması neftin kotirovkasının enməsinə səbəb olub.


Oxunma sayı: 2597

Oxşar yazılar