Əməlini gizlətmək üçün polisə yalan məlumat verdi

  • 15:48 - 18 Mart

İctimai təhlükəli hərəkətindən polisi yayındırmaq üçün paytaxt sakinindən martın 14-də evindən 1150 manat pul və 1200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı "102" Xidməti-Zəng Mərkəzinə müraciət daxil olub.

Bakı şəhər Baş Polis İdarəsindən Avropa.info-ya verilən xəbərə görə, polis müracət üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlamaqla, oğurluq əməlində şübhəli bilinən şəxsləri müəyən edərək saxlayıb.

Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının fakt üzrə peşəkar əməliyyat tədbirləri nəticəsində şübhəli şəxslərdən – 31 yaşlı, əvvəllər məhkum olunan K.Mustafayevdən 1,805 qram heroin, 1,215 qram xaşxaş, 0,286 qram marixuana, 0,644 qram həşiş, 1 kapsula peraqabalin və R.Fətəliyevdən isə 8,352 qram heroin aşkar olunaraq götürülüb.

Şübhəli şəxslər ətrafında aparılan araşdırmalar nəticəsində məlum olub ki, pul və qızıl-zinət əşyalarının oğurlanması bağlı 28 yaşlı Ə.Hüseynzadənin verdiyi məlumat yalandır. Müəyyən olunub ki, oğurluq faktı ilə şübhəli şəxs qismində saxlanılanlar aşkarlanan narkotik vasitələri Nəsimi rayonunda yaşayan Ə.Hüseynzadənin evindən oğurlayıblar. Ə.Hüseynzadənin hərəkətində cinayət tərkibi olduğu nəzərə alınaraq, tutulub.

Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlayıb. Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 5677

Oxşar yazılar