Azərbaycanda yeniyetmə qətl törətdi

  • 11:01 - 18 Mart

Xızıda 3 gün əvvəl baş verən ölüm hadisəsini yeniyetmənin törətdiyi məlum olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Avropa.info-ya verilən məlumata görə, bu il mart ayının 15-də 17 yaşlı Şorabad qəsəbə sakini A.Əliyevin bıçaqla yetirilmiş xəsarət nəticəsində dünyasını dəyişib. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin şəxsi münasibətlər zəminində həmin qəsəbə sakini olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən olunub. Yeniyetmə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Oxunma sayı: 6161

Oxşar yazılar