Koronavirusun dünya iqtisadiyyatına zərəri nə qədər olacaq? – 3 fərqli ssenari

  • 14:22 - 17 Mart

Koronavirus epidemiyasının dünya iqtisadiyyatına təsiri ilə bağlı üç fərqli ssenari ön plana çıxıb.

Avropa.info xəbər verir ki, Asiya İnkişaf Bankı yeni tip koronavirus (Kovid-19) epidemiyasının, sona çatma müddətinə bağlı olaraq, düna iqtisadiyyatınınxərcləri ilə bağlı 3 fərqli ssenari müəyyənləşdirib.

Koronavirusun iki ay sürməsi proqnozlaşdırılan ən yaxşı ssenariyə görə, dünya iqtisadiyyatında xərclərin 76,6 milyard dollar, 3 ay sürəcəyi halda 155,9 milyard dollar, 6 ay sürüərsə 346,9 milyard dollara çatması gözlənilir.

Hesabata görə, epidemiya səbəbindən inkşaf etməkdə olan Asiya və dünya miqyasında iqtisadi artımın bu il düşməsi gözlənilir.

Ən yaxşı ssenariyə görə, qlobal ÜDM-in 0,08 faiz azalaraq 76,6 milyard dollar itirəcəyi təxmin edilir. Çinin ÜDM-nin 0,32 faiz azalaraq 43,9 milyard dollar itirəcəyi gözlənilir.

Mülayim ssenariyə görə, qlobal ÜDM-in 0,18 faiz azalması ilə 155,9 milyard dollar, Çinin isə 0,75 faiz azalması ilə 0,75 milyard dollar azalması gözlənilir.

Ən pis ssenariyə görə, qlobal ÜDM-nin 0.40 faiz azalaraq 346.9 milyard dollar itirəcəyi gözlənilir. Çinin 1.74 faiz azalması ilə 236.79 milyard dollar itirəcəyi təxmin edilir.

Hər üç ssenaridə Çinə çəkilən xərc baş verəcək qlobal xərcin 2/3-nə uyğundur. Epidemiyanın qlobal iqtisadiyyata təsiri Çindən kənarda olan iqtisadiyyatlarla eyni dərəcədə bölüşdürülüb.

Asiyada turizm gəlirlərinə 45 milyard dollar zərər

Hesabata görə, epidemiyanın yayılması səbəbiylə Asiya İnkişaf Bankının üzvü olan inkişaf etməkdə olan ölkələrin əksəriyyəti üçün turizm tələbatında ciddi azalma olacaq.

Çin üçün turizm gəlirlərinin azalmasının vacibliyini özündə cəmləşdirən hesabatda, bu itkinin, ən yaxşı ssenariyə görə, Çinin ÜDM-in 3 faizinə, ən pis ssenariyə görə isə 9 faizə uyğun ola biləcəyi ifadə edilib.

Turizm sektorunun böyük əhəmiyyətə sahib olduğu Kamboca, Maldiv adaları və Tayland kimi digər ölkələrin də epidemiya səbəbindən turizm gəlirlərinin əhəmiyyətli dərəcədə azalması gözlənilir.

İnkişaf etməkdə olan Asiya ölkələrini iqtisadiyyatının əksəriyyətinin fevral ayında ötən ilə nisbətən 50-90 faiz azaldığı Asiya İnkişaf Bankının analitiklərinin turizm gəlirləri ilə bağlı hesabatlarında yer alıb. Təhlilçilərin hesablamalarına görə, Çinin turizm gəlirlərinin 15-35 milyard dollar, Asiyanın qalan hissəsində isə 19-45 milyard dollar itirəcəyi proqnozlaşdırılır.


Oxunma sayı: 4918

Oxşar yazılar