Azərbaycan boksçusu 1/8 finalda erməni ilə qarşılaşacaq

  • 19:32 - 16 Mart

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib.

"Report"un məlumatına görə, birinci seansda Azərbaycan millisinin üzvü Lorenzo Sotomayor rinqə çıxıb.

Olimpiya mükafatçısı ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsində baş tutan qarşılaşma Sotomayorun qələbəsi ilə yekunlaşıb. O, rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

Boksçu 1/8 final görüşünə martın 18-də çıxacaq. Sotomayorun rəqibi erməniəsilli Danimarka idmançısı Sebastian Terteryan olacaq.

Qeyd edək ki, turnirin üçüncü gününün ikinci seansında daha 3 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynov (52 kq) ilk görüşünə çıxacaqsa, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.


Oxunma sayı: 12805

Oxşar yazılar