Koronovirus haqqında doğru bilinən 8 yanlış - Kəllə-paça , soğan, sarımsaq virusu məhv edirmi?

  • 11:19 - 16 Mart

"KORONAVİRUS" AĞIRDIRMI? İMMUNİTETİ NƏLƏR QALDIRIR? HAVALARIN İSİNMƏSİ İLƏ VİRUS YOX OLACAQMI?..

Avropa.info son günlər bütün dünyada yayılmış koronovirus (Kovid-19) epidemiyası ilə bağlı Türkiyə Səhiyyə Nazirliyinin Coronavirus Elmi Komitəsi üzvü, Ankara Universitetinin müəllimi Dr. Alpay Azapın açıqladığı, toplumda doğru bilənən yanlışları təqdim edir:

❌ YANLIŞ: Hər bir Koronavirus ağır və ölümcüldür.
✅ DOĞRU: Xəstəliyin 80%-i yüngül olur.

❌ YANLIŞ: Xəstəlikdən qorunmaq üçün "maska" taxmaq kifayətdir.
✅ DOĞRU: Maska sadəcə xəstə bir insanda olan virusun başqalarına keçməsinə mane ola bilər. Virusdan qorunmaq üçün ən mühüm tədbir - əllərin təmiz olmasıdır.

❌ YANLIŞ: Əl üçün olan dezinfektantlar bütün problemi həll edər.
✅ DOĞRU: Dezinfektantların çoxu əlləri yaxşıca "su-sabunla" təmizləməkdən daha çox qoruya bilməz. Əllərin tez-tez bol sabunlu su ilə diqqətlə, yaxşıca ovalayaraq təmizlənməsi təhlükəsizlik üçün kifayətdir. Su və sabun olmadığı təqdirdə 70 və ya ondan yüksək dərəcəli kolonya və ya spirt tərkibli əl dezinfektantı da istifadə edilə bilər.

❌ YANLIŞ: Burunu duzlu su ilə yumaq, duzlu su ilə qarqara etmək ya da sirkə virusun yayılmasına mane olar.
✅ DOĞRU: Bu mövzuda heç bir elmi əsas yoxdur. Hətta duzlu suyun duzluluq dərəcəsi yüksə olarsa, yuxarı nəfəs yolu hüceyrələrinə zərər verər bilər.

❌ YANLIŞ: İsti içkilər içmək virusu öldürər.
✅ DOĞRU: Həddindən artıq isti içkilər bədənin bəzi hissələri zərər verə biləcəyi üçün, insana faydadan çox zərər yetirə bilər.

❌ YANLIŞ: Sarımsaq, soğan yemək koronavirus infeksiyasının qarşısını alar.
✅ DOĞRU: Sarımsaq və soğan mikroblara qarşı xüsusiyyətləri olan sağlam qidalardır, ancaq "koronavirusda qoruma" kimi bir faydaları elmi olaraq ortaya qoyulmamışdır.

❌ YANLIŞ: Kəllə-paça şorbası immunitet sistemi üçün şərtdir.
✅ DOĞRU: İmmunitet sistemini gücləndirməsi isbat olunan üç şey: "normal (tənzimli) qidalanma, kifayət qədər yatmaq və davamlı fiziki hərəkətlər (idman)."

❌ YANLIŞ: Havaların isinməsilə virus ortadan yox olacaq.
✅ DOĞRU: İsti havalar virusu həqiqi mənada öldürəcək deyə, bir şey yoxdur. Ancaq havalar isindiyi zaman insanlar qapalı və havasız yerlərdə çox vaxt keçirmirlər, evlər, iş yerləri daha yaxşı havalandırılır və beləliklə insana nəfəs yoluyla daxil olan virusların yayılma ehtimalı azalır. İkinci olaraq da, istiliyin artması səbəbilə virus açıq yerlərdə daha qısa müddət canlı qala bilir.

Hazırladı: Tunar Suleymanli /Avropa.info/


Oxunma sayı: 56156

Oxşar yazılar