Çempionlar Liqası və Avropa Liqasında “Dördlər finalı” tətbiq oluna bilər

  • 16:33 - 15 Mart

UEFA koronavirus pandemiyası üzündən dayandırılan Çempionlar Liqası və Avropa Liqasını başa çatdırmaq üçün istənilən addımı atmağa hazırdır. 

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qurumun müzakirə etdiyi variantlardan biri avrokuboklar üçün inqilabi yenilik ola bilər. 

Bu, hər iki turnirdə “Dördlər finalı”nın tətbiqidir. Əsasən digər komanda idman növlərində dəbdə olan bu format futbol üzrə bəzi qitə miqyaslı turnirlərdə də istifadə olunur. 

UEFA ənənəvi iki oyunluq yarımfinalları ləğv etmək niyyətindədir. Çünki indiki durumda yarımfinal və finalı 3-4 gün ərzində eyni şəhərdə təşkil etmək daha məqsədəuyğun sayılır. Türkiyənin İstanbul şəhəri mayın 30-da Çempionlar Liqasının finalını qəbul etməlidir. Polşa Qdamskı isə Avropa Liqasında həlledici oyunları qəbul edə bilər.  

Həmin ərəfədə yarımfinalı da bu şəhərlərdə keçirməklə turniri başa çatdırmaq üçün imkan yaratmaq olar. İki matçlıq yarımfinal günlərinin boşalması milli çempionatların da vaxtında bitməsi üçün əlavə oyun günləri yaradacaq. UEFA “Dördlər finalı”ndan öncə 1/8 və 1/4 final qarşılaşmalarının başa çatdırılması da müzakirə edir. 

Hər iki turnirdə “Dördlər finalı”nın tətbiqi martın 17-də keçiriləcək videokonfransda müzakirə olunacaq. Həmin gün UEFA üzvü olan milli assosiasiyalar və digər maraqlı tərəflərlə birgə qitə futbolundakı durumdan çıxış yolları axtaracaq.


Oxunma sayı: 2927

Oxşar yazılar