Zərdabda 24 yaşlı kişi iki həmkədlisini bıçaqladı

  • 14:30 - 15 Mart

Zərdab sakini həmkəndlilərini bıçaqlayıb.  

Avropa.info xəbər verir ki, Zərdab rayonunu Şahhüseyinli kəndində keçirilən toy mərasimi zamanı aralarında baş vermiş şəxsi münasibətlər zəminində kənd sakini, 1996-cı il təvəllüdlü Əqdəm Abdulməcid oğlu Babayev həmkəndliləri - Rəşad Qara oğlu Qarayevə və Şəmsi Böyükəli oğlu Qarazadəyə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib.  

Hər iki zərərçəkən Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Zərdab Rayon Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Ə. Babayev saxlanılaraq istintaqa təhvil verilib.  

 

Coşqun Abdullayev


Oxunma sayı: 14345

Oxşar yazılar