"Neftçi" fəaliyyətini dayandırdı

  • 13:46 - 14 Mart

"Neftçi" Peşəkar Futbol Klubu fəaliyyətini müvəqqəti dayandırıb. 

Avropa.info-nun məlumatına görə, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı açıqlama yayıb. 

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Neftçi” PFK kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik dayandırıb. 

Klub növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.


Oxunma sayı: 6766

Oxşar yazılar