"Formula-1" Azərbaycan Qran-prisinin təxirə salınması müzakirə olunur

  • 19:15 - 13 Mart

Gənclər və İdman Nazirliyi koronavirusla bağlı vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə Avropa.info-ya qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və "Formula 1" Azərbaycan Qran-prisinin təxirə salınması ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.


Oxunma sayı: 6656

Oxşar yazılar