İspaniyada koronovirusdan ölənlərin sayı sürətlə artır – Dünən 86, bu gün 120

  • 17:48 - 13 Mart

İspaniya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkə ərazisində yeni tip koronovirusdan (Kovid-19) ölənlərin sayı 120 nəfərə, virusa yoluxanların sayı isə 4200 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, dünən ölü sayı 86 nəfər qeydə alınmışdı. Epidemiyanın tüğyan etdiyi paytaxt Madriddə ölü sayı 64 nəfər, yoluxma sayı 2 min 78 nəfər qeydə alınıb.

Məktəb və universitetlərdə təhsilə fasilə verilib, Madriddə muzey, teatr, ictimai mərkəzlər bağlanıb, bütün bar, restoran və diskotekaların qapadılması əmri verilib. Hətta məhkəmə iclasları belə təxirə salınıb. 


Oxunma sayı: 3147

Oxşar yazılar