Liviyada cinayətkar qruplaşma lideri Haftəri Türkiyəyə qarşı hansı ölkələr silahlandırır ? - BƏƏ hökuməti sudanlı gəncləri necə aldatdı?

  • 15:59 - 13 Mart

Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftər, Misir və İordaniyadan hərbi texnika, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) silahlı pilotsuz uçuş aparatları (SİHA) və zirehli maşınlar alır. 

Avropa.info xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun  2015-2019-cu illəri əhatə edən hesabatına əsasən BƏƏ, Misir və İordaniya Liviyada dövlət çevrilişi etmək istəyən Haftərə bu silahları pulsuz verir. 

Hesabatda  bildirilir ki, BƏƏ SİHA-larla yanaşı Belarusdan aldığı döyüş helikopterlərini də Haftər güclərinə verir. Misir isə qanunsuz silahlı birləşməyə döyüş təyyarələri göndərir. Misir və BƏƏ-nin eyni zamanda Haftərə zirehli döyüş maşınları da verdiyi hesabatda qeyd olunur. 

Fransanın "Intelligence Online" xəbər saytının yazdığına görə, Haftər qanunsuz olaraq İordaniya Hərbi Hava Qüvvələri ilə müqavilə imalayaraq Çin istehsalı olan altı CH-4  model SİHA alb. 

Misir hərbi qüvvələrinin Haftərə dəstək verməsi, BƏƏ-nin cinayətkar hərbi birləşməyə SİHA verməsi, Rusiya və Sudandan muzdlu qrupların Haftər güclərinin sıralarında döyüşməsi BMT hesabatlarında da yer alıb. 

Beynəlxalq müşahidəçilər Liviyada Türkiyə və Rusiyanın ortaq atəşkəs çağırışının həyata keçdiyi 12 yanvar tarixindən  23 fevrala qədər BƏƏ-yə aid iki hərbi aeroportdan 100-ə qədər yük təyyarəsinin Liviyanın şərqinə və Misrdəki hərbi hava limanlarına ucuş etdiyini təsbit edib. Bu təyyarələrin bölgədəki ölkələrdən Haftər üçün muzdlular və hərbi texnika gətirdiyi etimal olunur. 

Bölgədə dağıdıcı siyasətə imza atan Əbu Dabi hökuməti Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftərin ən qaranlıq tərəfdarları arasındadır. BƏƏ-nin kasıb sudanlı gəncləri təhlükəsizlik şirkətlərində işəmək vədi ilə Liviyaya muzdlu əsgər kimi gətirdikləri də üzə çıxıb.  Sudanın müxalif  mətbuatının yazdığına görə, Liviyaya gətirildiklərini və Türkiyə ilə savaşmağa məcbur edildiklərini anlayan gənclər qaçaraq ölkələrinə qayıdıblar.

Xatırladaq ki, Türkiyə Liviyada BMT tərəfindən qanuni hökumət kimi tanınan Sarac hökumətinə dəstək verir. Rəsmi Ankaranın hərbi dəstəyindən sonra, Haftər gücləri paytaxt Tripolini qanuni hökumətdən ala bilmədi.

Avropa.info      


Oxunma sayı: 26401

Oxşar yazılar