Son dəqiqə: UEFA Çempionlar Liqası və Avropa Liqası matçlarını təxirə saldı

  • 13 Mar - 2020

UEFA gələn həftə oynanılacaq Çempionlar Liqası və Avropa Liqası matçlarını koronovirus epidemiyasına görə təxirə salıb.

Avropa.info xəbər verir ki, bu barədə UEFA rəsmi “Twitter” səhifəsində məlumat verib:

“Avropada Kovid-19-un Avropada yayılması və müxtəlif hökumətlər tərəfindən verilən qərarlar üzündən baş verən proseslər fonunda gələn həftə keçirilməsi planlanan bütün UEFA klub matçları təxirə salındı”.


Oxunma sayı: 1981

Oxşar yazılar