Bakıda aptek soyuldu

  • 10:15 - 13 Mart

Bakıda aptekə basqın edilib.

Avropa.info xəbər verir ki, hadisə Nizami rayonu, R. Rüstəmov küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən "Vita" adlı aptekə daxil olan naməlum şəxs əlindəki bıçaqla satıcı İnci Quliyevanı hədələyərək, kassada olan 1000 manat pulu götürüb və qaçıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır. 


Oxunma sayı: 20769

Oxşar yazılar