Pirlo "Yuventus"a baş məşqçi gəlir

  • 12 Mar - 2020

Andrea Pirlo “Yuventus”un gənclərdən ibarət komandasının baş məşqçisi təyin olunacaq.

 “Skuadra adzurra”nın sabiq yarımmüdafiəçisi Turin klubunun rəhbərliyi ilə müqavilənin şərtlərini artıq razılaşdırıb. Pirlo avqust ayından millidəki sabiq komanda yoldaşı Luka Toni ilə birgə məşqçilik kurslarına yazılıb. Kursu başa vurduqdan sonra Andrea “pro” lisenziyasına yiyələnəcək.

Xatırladaq ki, Pirlo “Yuventus”un heyətində 4 il ərzində 164 oyunda 19 qol vurub və 38 məhsuldar ötürmə ilə yadda qalıb.(trend)


Oxunma sayı: 2278

Oxşar yazılar