Avropada daha 5 futbolçuda koronavirus aşkarlandı

  • 12 Mar - 2020

İngiltərənin "Lester", Almaniyanın "Hannover" və İtaliyanın "Sampdoriya" komandalarının futbolçuları koronavirusa yoluxub.

Bu barədə klubların rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisində 3 futbolçunun analizi müsbət nəticə verib. Amma oyunçuların adları açıqlanmayıb.

"Hannover" klubunun müdafiəçisi Yannes Hornda da koronavirus aşkarlanıb. Bu, II Bundesliqa klubunda ikinci yoluxma halıdır. 23 yaşlı futbolçudan əvvəl komanda yoldaşı Timo Hübers virusa yoluxub.

"Sampdoriya" isə rəsmi saytı vasitəsilə hücumçusu Manolo Qabbyadininin koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb. Adları çəkilən bütün futbolçular karantinə alınıblar.

Niderland və Portuqaliyada isə pandemiyaya görə bütün futbol çempionatları təxirə salınıb.(report)


Oxunma sayı: 2498

Oxşar yazılar