Bakı-Sumqayıt qatarının 10 min manatlıq naqillərini oğurladılar

  • 15:24 - 12 Mart

Bakı-Sumqayıt sürət qatarının marşrut xətti üzərində yerləşən ümumi dəyəri 10.000 manata yaxın olan 150 metr aparıcı trosu və ikiqat kontakt naqilləri oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən Avropa.info-ya daxil olan məlumata görə, araşdırmalarla onların 33 yaşlı İlkin Niftəliyev və əvvəllər məhkum olunmuşlar, 30 yaşlı Mövlan Quliyev və 28 yaşlı Ağasif Babayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları naqilləri Sumqayıt şəhəri ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə iki min manata satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. Həmin məntəqənin ünvanı polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, naqillər maddi sübut kimi oradan götürülüb.

Faktla bağlı cinayət işi açılıb, dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.


Oxunma sayı: 7239

Oxşar yazılar