Zərdab polisindən əməliyyat: narkotik satan şəbəkə zərərsizləşdirildi

  • 11:09 - 12 Mart

Zərdab rayon Polis Şöbəsi əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkəyə qarşı əməliyyat keçirib.

Avropa.info-nun bölgə müxbiri xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində rayon sakini, 1964-cü il təvəllüdlü Quliyev Elyaz İlyazar oğlu saxlanılıb. Saxlanılan şəxsdən iki büküm marixuana götürülüb.

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ona narkotik vasitəni satan şəxsin Namiq Fərhad oğlu Həmidov olması müəyyən edilərək saxlanılıb. Əməliyyatların davamı nəticəsində N. Həmidova narkotik vasitəni satan Faiq Əlihüseyn oğlu Kərimov, F. Kərimova narkotik vasitəni satan Ədalət Əliyusif oğlu Məmmədov, Ə. Məmmədova narkotik vasitəni satan Göyçay rayon sakini Səbuhi Mürsəl oğlu Rəhimov da tutulublar. S.Rəhimovdan 4 qutu marixuana götürülüb. Saxlanılan şəxslərdən ümumilikdə 40 qrama yaxın narkotik götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Coşqun Abdullayev
Avropa.info


Oxunma sayı: 11474

Oxşar yazılar