Azərbaycanlı vəkil külli miqdarda dələduzluqda ittiham olunur

  • 10:19 - 12 Mart

Azərbaycanda Vəkillər Kollegiyasının üzvünə cinayət işi açılıb.

APA-nın məlumatına görə, 13 saylı Vəkil Bürosunun vəkili Əkbərov Ruhid Rəşid oğlu külli miqdarda dələduzluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli mirdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

Vəkillər Kollegiyasından bildirilib ki, həmin vəkil Kollegiyanın üzvü olsa da, fəaliyyəti dayandırılıb.

R. Əkbərov barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.


Oxunma sayı: 26456

Oxşar yazılar