Seksizim şüarları ilə silahlanmış müxalifət və lənətə gəlmiş "Overton Pəncərəsi" – Ruslan Bəşirlinin yazısı

  • 20:11 - 10 Mart

Azadlıq istədiklərini etmək deyil, istəmədiklərini etməməkdir. 

Lakin martın 8-də Fəvvarələr Meydanına toplaşan bir qrup “pomada feminist”, “seks azadlığı” tərəfdarları, nə bilim adına nə deyirsinizsə, deyin, qısası, özünü buraxmış azsaylı bir guruh yuxarıda söylənən deyimin əleyhinə şüarlar bağırırdılar. Şüraları da məlumdur: “Kimə istəsəm, verərəm”. 

Müsəlmanların çoxluqda olduğu, adət-ənənələrini hələ də qormuğa çalışan bir ölkənin paytaxtında dəli kimi bağıran, qəribə dodaq boyalı azsaylı güruh Azərbaycan cəmiyyətinə yad olan şüarlar qaldırır: “Uşaq tərbiyə etmirəm, gecələr gəzirəm”. 

Bu başıpozuq aksiyanın rəhbərliyində olanlar isə tanış simalardır. Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən və məhkəmənin qərarı ilə tualet təmizləyən Nərmin Şahmarzadə. Hansı ki, aksiyadan sonra “məmədanı”nın açılması ilə fəxr edib, bunu sosial şəbəkələrdə paylaşırdı. 

https://img.milli.az/2020/03/10/89361152_3983724798304645_8893164553022472192_o.jpg

Aksiyanın meydandakı əsas “lideri” isə keçmiş deputatlığa namizəd Rəbiyyə Məmmədova idi. Rəbiyyə Məmmədova gender bərabərliyimi tələb edirdi? Bu necə gender bərabərliyidir ki, Rəbiyyənin özünü qadınlığını inkar edən qrupdan hesab etmək mümkündür. Və Rəbiyyə aksiya başlayan kimi məlum şüarı qaldırır: “Kimə istəsəm, verərəm”. Dəyərli oxuculardan üzr istəyirəm. Amma kim beləsindən nəsə istəsin ki? 

Картинки по запросу

                                                                                                      Rəbiyyə Məmmədova

Feminist-seksistlərin aksiyasının əsas “qəhrəmanı” isə bir qədər kölgədə qalmağı üstün tutmuşdu. Bütün pisliklərin yayıcısı Xədicə İsmayıl sosial şəbəkələrdə qaza gətirib, küçələrə tökdüyü guruhun təbliğatı ilə məşğul idi. 

Nəhayət, aksiyaya dəstək verən AXCP sədri Əli Kərimli. Kərimlinin tipajı ilə tanış olanlar bilir. Adamın siyasi karyerasının üstündən xətt çəkən iki böyük problemi var. Hədsiz praqmatizm və hədsiz pul hərisliyi... 

Kərimli ötən əsrin 80-ci illərin sonunda əsən küləyə uyğun olaraq millətçi idi, 90-cı illərdə milli-demokrat. 2000-ci illərin əvvəllərində postsovet məkanındakı rəngli inqilabları əsas götürərək oyanıq tərpənməyə qərar verdi və liberal-demokrat kimi görünməyə qərar verdi. 2015-ci ildən sonra isə Kərimlinin situasiyaya görə addımlar atdığı, bəzən aşırı liberal, bəzən anarxist ideyaları dəstəklədiyini görə bilərik. 

Və budur Kərimli özünü tez yetirərək, feminist-seksistlərin aksiyasını dəstəkləyir. Hərçənd, sosial şəbəkələrdə hətta öz tərəfdarlarının haqlı qınağından sonra düzəliş etmə məcburiyyətində qaldı. Aksiyada qaldırılan əxlaqsız şüarları dəstəkləmirmiş, polisin aksiyanın qarşısını almasını pisləyirmiş. Lakin Kərimli bunu yazmır ki, mövcud qanunvericiliyə görə polisin əxlaqsız şüralar qaldıran qrupa müdaxilə etmə hüququ var. Və ən nəhayət, Kərimli yaxşı bilir ki, bir çox ölkələrdə feminist seksistlərin təşkil etdiyi “8 marş” aksiyasından pul iyi gəlir. 

Kərimlinin yazdığı statusdan saatlar sonra Müsavat başqanı Arif Hacılı da tələm-tələsik bu aksiyanı dəstəkləyən status yazdı.

Revan Şirvani adlı şəxsin şəkli.

Yazının əvvəlində Azərbaycan əhalisinin müsəlman çoxluğu olduğunu, ölkə əhalisinin mütləq bir qisminin əsrdən əsrə keçən dəyərlərə sadiq qaldığını yazmışdıq. Lakin məsələ yalnız bu deyil. Biz heç Lut qövmünün, Sodom və Qomorranın, Pompey şəhərinin əhalisinin hansı səbəblərdən məhv edildiyini də yazmırıq. Onsuz da bu ibrətamiz hadisələr abır-həyasını itrmiş bu guruh üçün heç nə ifadə etmir. Əxlaq ,namus kimi anlayışlar tək adət-ənənələri ifadə etmir, bu, bir insani yanaşmadır. “Kimə istəsəm, verərəm” düşüncəsi insanlıq adına heç nə ifadə etmir. Əks halda, insanla heyvan arasında bir fərq olmazdı. 

Bu aksiyanı təşkil edənlərin həyat tərzi ilə bağlı kiçik araşdırma hər şeyi ortaya qoyur: İçkiyə ifrat aludəçilik, zombiləşdirmə, inamsızlıq... İdeya isə bu adamlarda heç yoxdur. Anlaşılan budur ki, əksəriyyəti də seksual natamamlıq komleksindən əziyyət çəkir. Kimlərsə də bunlar üzərindən pul qazanır.

Pul demişkən, dünyada cinsi azlıqların, feminizmin, narkotiklərə aludəçiliyin,ailə insitutlarının dağıdılmasını özünün əsas işinə çevirən kürəsəl sərmayənin “pullu nökəri” Corc Sorosun 2017-ci ildə açıqladığı bir rəqəm hər şeyi ortaya qoyur. 2017-ci ildə Soros özü açıq etiraf etdi ki, son 30 ildə pomada feminizminin, LGBT cameəsinin və seksul azlıqların genişləməsi üçün 3 milyard dollardan çox pul xərcləyib. Daha 2.5 milyard dollar isə Soros postsovet ölkələrində və Şərqi Avropada kosmopolit ideyaların və “gender bərabərliyi”nin təbliği üçün ayırıb. Məhz bu səbəbdəndir ki, macar yəhudisi olan Soros teokratik İsrailə buraxılmır. Vətəni Macarıstan isə onu çoxdan “böyük şeytan” adlandırıb və ölkənin sərhədlərinə yaxın buraxmır. Türkiyə də Sorosun fondlarını təqib edir. ABŞ-da isə bu adamın həbsi üçün dəfələrlə petisiya təşkil olunub. 

Картинки по запросу

                                                                                                      Corc Soros

Sorosun bütün fəaliyyətləri ənənəvi ailə dəyərlərinin sarsıdılmasına, cinsi seçim “azadlığı” təbliğatına, narkotiklərin leqallaşmasına və bu kimi, bəşəriyyətin qəbul edə bilməyəcəyi layihələrə yönəlib. Bunun üçün müxtəlif ölkələrdə proqramlar, məktəblər təşkil olunur ki, bura da əsasən gənclər cəlb olunur. Bu proqramlarda ilk növbədə lənətə gəlmiş “Overton Pəncrəsi” təbliğ olunur. “Overton Pəncərəsi” iftar liberalizmin dəsti-xəttidir, yaradılışdan bu yana cəmiyyətlərdə olan qadağaların aradan götürülməsi, insanlıq üçün məhvedici yayınların təbliği və insan şüuruna yeridilməsini planlayır. “Overton Pəncərəsi”nin əsas planı bəşəriyyət üçün qəbuledilməz olanları qanuniləşdirməkdən ibarətdir. Məsələn, homoseksualizm və eynicinslilərin “nikahını” və ya pedofiliya, uşaq  evtanaziyasını qanuniləşdirmək cəhdləri kimi. 

Bazar günü Bakıda azsaylı guruhun təşkil etdiyi və cəmiyyətin əksəriyyəti tərəfindən lənətlənən aksiya da bu qəbildəndir. Bu ilk növbədə ideoloji diversiyadır. Ötənilki “pomada feminist” aksiyasından fərqli olaraq bu ilki aksiyada daha çox cəmiyyətin qəbul etmədiyi şüaralar qaldırılmışdı. Bunun nəticəsi olaraq da cəmiyyətdən daha çox təpki gəldi. Lakin bu, əks effekt də verə bilər. Cəmiyyət məcburən də olsa, 2 gündür bu azsaylı guruhun qaldırdığı şüarları müzakirə edir. Yazarlarımız normalda heç vaxt dilə gətirmədikləri sözləri mediada yazmaq məcburiyyətində qalıb. İnternet media, sosial şəbəkələr vasitəsi ilə feminist-seksistlərin qaldırdığı pozğun şüralar normal Azərbaycan ailəsinin evinə daxil olur. 

Məsələnin bir də siyasi tərəfi var. Əxlaqsız plakatlar qaldıran bu güruh, həm də hakimiyyət əleyhinə absurd şüralar da səsləndirirdilər. Əlbəttə, hakimiyyət bu guruhu ciddiyə almır və bu səbəbdən də qadağan olunmuş yerdə aksiya keçirilməsinə o qədər də qəzəbli reaksiya göstərmədi. Lakin nəticə etibarı ilə bu aksiyaların hər il keçirilməsi vərdişi formalaşa bilər. Tədricən feminist sesksist şüarlarla yaşaşı, antihökumət, antidövlət şüarları da arta bilər. Nəzərə almaq lazımdır ki, bu aksiyaya qoşulan tiplərin bir çoxu həm də anarxistdirlər. 

Beləliklə, bazar günü keçirilən aksiya cəmiyyət üçün bir təhlükəli tendensiyadır. Lakin bu tendensiyanın daha da böyüməsinin qarşısını almaq mümkündür. Hətta qloballaşma dövründə yaşasaq belə...

Ruslan Bəşirli /Avropa.info/


Oxunma sayı: 48698

Oxşar yazılar