Gömrük Komitəsinin keçən ay büdcəyə köçürdüyü məbləğ məlum oldu

  • 18:58 - 10 Mart

Fevralda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 329 milyon 605 min manat olub.

Komitədən Avropa.info-ya verilən məlumata görə, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 86 milyon 308 min manat, əlavə dəyər vergisi üzrə 230 milyon 80 min manat, aksizlər üzrə 9 milyon 834 min manat, yol vergisi üzrə isə 3 milyon 381 min manat təşkil edib.


Oxunma sayı: 3114

Oxşar yazılar