Çempionlar Liqasından koronavirus qərarı

  • 16:04 - 10 Mart

 Koronavirus təhlükəsinə görə "Barselona"-"Napoli" matçı tamaşaçı olmadan keçiriləcək.

Avropa.info xəbər verir ki, UEFA Çempionlar Liqasında martın 18-də keçirilən "Barselona" - "Napoli" qarşılaşması ilə bağlı qərarını açıqlayıb.

Kataloniyanın muxtar hökuməti ilə "Barselona" klubu rəsmiləri arasındakı görüşdən sonra yayılan yazılı açıqlamada  Nyu Kamp stadionunda "Barselona"-"Napoli" matçının tamaşaçısız oynanılacağı açıqlanıb.

Qeyd edək ki, İspaniya Səhiyyə Nazirliyi martın 11-də UEFA Avropa Liqasında keçiriləcək "Sevilya"-"Roma" matçına tamaşaçısız keçirməyi qərara alıb.


Oxunma sayı: 6238

Oxşar yazılar