33 kq narkotik dövriyyədən çıxarıldı

  • 14:33 - 10 Mart

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında Mirzəmməd kəndində yaşayan əvvəllər məhkum olmuş Z.Mehrəliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 12 kiloqram 964 qramdan çox mariuxana və 30 kiloqram 750 qram çətənə kolunun hissələri aşkar edilərək götürülüb.


Oxunma sayı: 12486

Oxşar yazılar