UEFA avrokubok oyunları öncəsi əllə görüşməyi qadağan etdi

  • 10:48 - 09 Mart

UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərar qəbul edib.

Futbolçulara avrokubok oyunları öncəsi əllə görüşmək qadağan olunub.

Bu addım Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb.

Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsində "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya), həmçinin Avropa Liqasının 1/16 finalının "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, ÇL-də 1/8 finalın PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) oyununa da azarkeşlərin buraxılmayacağı gözlənilir.


Oxunma sayı: 6271

Oxşar yazılar