Lionel Messi Avropanın ən yaxşı 5 liqasının bombardiri olub

  • 16:49 - 08 Mart

İspaniyanın “Barselona” klubu martın 7-də öz meydanında “Real Sosyedad” komandasını məğlub (1:0) etdikləri görüş Lionel Messi üçün əlamətdar olub.

  •  

Avropa.info xəbər verir ki, oyunda yeganə qolu Lionel Messi vurub. Bu argentinalı futbolçunun İspaniya La Liqasıdan vurduğu 438-ci qolu olub. O, bu göstərici ilə 437 qolu olan, İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu üstələyib.

İndiyədək bu nailiyyəti Avropanın ən yaxşı 5 liqasında heç bir futbolçu bacarmayıb.


Oxunma sayı: 6315

Oxşar yazılar