Cəlilabad sakinindən 7 kiloqramdan artıq narkotik aşkarlandı

  • 07 Mar - 2020

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini Teymur Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm içərisində 15 ədəd psixotrop maddə olan metadon aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Teymur Hüseynovun rayon ərazisində yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi məlum olub. Onun evinin həyətində yerləşən yarımtikiliyə baxış zamanı ümumi çəkisi 4 kiloqram 45 qram olan tiryək və 3 kiloqram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Oxunma sayı: 2234

Oxşar yazılar