Saatlıda qonşusunu qətlə yetirən şəxs saxlanılıb - Yenilənib

  • 18:40 - 07 Mart

Saatlıda qonşusunu qətlə yetirən şəxs saxlanılıb.

Qonşusu Qardaşov Paşa Tofiq oğlunu qətlə yetirməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Əliyev Fariz Sahib oğlu saxlanılıb.

***

saat 14:15

Saatlıda qətl törədilib.

APA-nın  məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965–ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 7360

Oxşar yazılar