Ronaldinyo həbs olundu

  • 14:50 - 07 Mart

Braziliyalı sabiq futbolçu Ronaldinyo qardaşı Roberto ilə birlikdə Paraqvayda həbs olunub.

Ötən gün Baş Prokurorluq futbolçunun həbsi üçün order verib.

Bu gün Ronaldinyonun məhkəmə qarşısına çıxarılacağı deyilir. Hakim istintaq müddətində futbolçunun həbsdə qalıb-qalmaması barədə qərar verəcək.

Qeyd edək ki, martın 4-də Paraqvayda Ronaldinyo və Robertonun yerləşdikləri hotel nömrəsində keçirilən axtarış zamanı futbolçunun və qardaşının adına saxta pasportlar aşkar edilib.

Bildirilir ki, 2018-ci ildə Ronaldinyo vergilərin ödənilməməsi səbəbindən xarici pasportdan məhrum edilib.(trend)


Oxunma sayı: 11760

Oxşar yazılar