Etimad İsmayılovun qətli: şahid Karina Süleymanova ifadə verdi – "3 dəfə atəş səsi eşitdim..."

  • 11:09 - 07 Mart

İstanbulun Bakırköy məhkəməsindən azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmalılovu öldürməkdə təqsirləndirilən Gözəl Dəmirov və sürücüsü Barış Aslanın məhkəməsi davam edib. Avropa.info xəbər verir ki, məhkəmə prosesində təqsirləndirilən Dəmirov Etimad İsmayılovu öldürmək niyyətinin olmadığını bildirib.

Xatırladaq ki, 19 sentyabr 2018-ci ildə Bakırköy "Florya"da Ədalət Partiyası sədrinin beynəlxalq əlaqələr üzrə müavini, iş adamı Etimad İsmayılov ofisində silahlı basqın nəticəsində öldürülüb. Hadisə ilə əlaqədar aparılan istintaq çərçivəsində qətlin DİN-in keçmiş idarə rəisi Gözəl Dəmirov tərəfindən törədildiyi məlum olub. Törədilən qətl hadisəninə görə Gözəl Dəmirov və sürücüsünün məhkəməsi başlayıb.

Məhkəmədə İlyas İsmayılov və tərəflərin vəkilləri, o cümlədən Gözəl Dəmirovun sürücüsü Barış Aslan da iştirak edib.

Məhkəmədə şahid qismində dinlənilən Karina Süleymanova mərhum Etimad Ismalılovun ofisində işlədiyini söyləyib və hadisə günü axşam ofisdən çıxmağa hazırlaşdığını bildirib. Süleymanova, "3 dəfə atəş səsi eşitdim. Şübhəli Dəmirovu qapıdan çıxan yerdə gördüm. Etimad İsmayılovla bu hadisədən 2 il əvvəl tanış olmuşdum, bundan bir ay sonra isə Gözəli onun vasitəsilə tanımışam. Onların arasında iş məsələsi ilə bağlı ortaqlıq vardı. Aralarında əvvəllər mübahisə etdiklərinin şahidi olmamışam”,-şahid bildirib.

Təqsirləndirilən Gözəl Dəmirov isə bildirib ki, ofisə Etimad İsmayılovu öldürmək üçün getməyib: “Polis rəisi olmuşam, daxili işlər orqanlarında xüsusi idarəyə rəhbərlik etmişəm. İstəsəm onu başqa bir şəxs tərəfindən öldürtdürə bilərdim. Onu öldürmək niyyətim olmayıb".

Məhkəmə aralıq müddətə qərarını açıqlayıb. Müttəhim Gözəl Dəmirovun həbsdə qalmasına qərar verilib, Dəmirovun sürücüsü isə Barış Aslanın üzərindəki məhkəmə nəzarət bəndini qaldırıb, ölkədən çıxmaq qadağanını davam etdirməyə qərar verib.

Bakırköy Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında isə təqsirləndirilən Gözəl Dəmirova ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib. 


Oxunma sayı: 3180

Oxşar yazılar