Teymur Rəcəbov İddiaçılar turnirindən koronavirusa görə imtina edib - Atasından açıqlama

  • 14:43 - 06 Mart

Teymur Rəcəbovun İddiaçılar turnirində iştirak etməyəcəyindən xəbərdarsız. FIDE-nın saytının yaydığı məlumata görə, 32 yaşlı qrossmeyster şəxsi səbəblərə görə turnirdən imtina edib. Ali şahmat qurumu Teymur Rəcəbovu fransalı Maksim Vaşye Laqravla əvəzləyib.

Avropa.info futbolpress.az-a istinadən xəbər verir ki, ancaq Teymur FIDE-nin açıqlamasının həqiqətə uyğun olmadığını açıqlayıb. O, "Instagram" hesabında şəxsi səbəblərə görə belə qərar vermədiyini yazıb.

Rəcəbovun imtinasının əsl səbəbi bəlli olub. O, sürətlə yayılan koronavirus epidemiyasına görə belə addım atıb. Teymurun atası Boris Şeynin bu barədə ARB TV-yə açıqlamasında bildirib.

O, FIDE-nin profilaktik tədbirləri yüksək səviyyədə qurmadığını və bu səbəbdən belə qərar verdiklərini söyləyib. Ali şahmat qurumu yarışın vaxtını dəyişməyə də razılaşmayınca Teymur yarışdan imtina edib.


Oxunma sayı: 7965

Oxşar yazılar