Gömrükdə əməliyyat: Düyünün içindən narkotik tapıldı - Video

  • 12:51 - 06 Mart

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Avropa.info-ya daxil olan məlumata görə, narkotik vasitənin "Biləsuvar-Biləsuvar gömrük postu" avtomobil yolundakı Balharı çayının üzərində olan körpünün altında gizlədildiyi və Ataxan adlı şəxsin götürüb realizə ediləcəyi müəyyənləşdirilib.

Bu məqsədlə Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və həmin ərazi nəzarətə götürülüb.

Martın 4-də saat 17 radələrində, şəxsiyyəti sonradan məlum olan Azərbaycan vətəndaşı Abbasov Ataxan Habil oğlunun velosipedlə sözügedən əraziyə gəldiyi müşahidə edilib. O, velosipeddən düşərək Balharı çayının üzərindəki körpünün altına enib. Burada gizlədilən 1 ədəd düyü torbasını götürüb körpünün üstünə qalxarkən saxlanılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsində baxış zamanı torbadakı düyünün arasında 3 ədəd bağlama aşkar edilib. Bağlamaların içərisində isə qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 3543 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


lYib10cRHqM

Oxunma sayı: 2696

Oxşar yazılar