AFFA daha iki liqanın oyunlarını təxirə saldı

  • 16:11 - 05 Mart

Azərbaycanda daha iki futbol liqasında oyunları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası və qızlar arasında Yüksək Liqada oyunlar qeyri-müəyyən müddətə keçirilib.

Region Liqasının oyunlarına azarkeş marağının yüksək olması, qızlardan ibarət komandaları arasında keçirilən Yüksək Liqada isə heyətlərdə şagird və tələbələrin yer alması səbəb olub. Profilaktik tədbirlər nəzərə alınaraq hər iki turnirin bu həftə keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.

Qeyd edək ki, bunadək 19 yaşa qədər olan futbolçular üçün təşkil olunan liqalarda koronavirus səbəbindən matçlar dayandırılmışdı.


Oxunma sayı: 5600

Oxşar yazılar