Azərbaycan idmançıları beynəlxalq turnirdə yüksək nəticə qazandılar – Fotolar

  • 15:02 - 05 Mart

Fevralın 29-da Gürcüstanın Rustavi şəhərində idmanın Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib. 

Avropa.info xəbər verir ki, yarış yeni yaranan Gürcüstan Braziliya Ciu-Citsu Federasiyası tərəfindən keçirilən ilk beynəlxalq turnir statusu qazanıb. 

Onu da qeyd edək ki, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin sədri Braziliya Ciu-Citsu idman növü üzrə qara kəmər sahibi Taleh Həsənov yeni yaranan federasiyanın fəxri prezidentidir. 

Gürcüstanda səfərdə olan Taleh Həsənov və Qarabağ İdman Klubunun rəhbəri Braziliya Ciu-Citsu üzrə qara kəmər sahibi Anar Səfərov turnirdən bir gün əvvəl, yəni fevral ayının 28-də Braziliya Ciu-Citsu idman növü üztə seminar keçiriblər. Seminarda bir çox ölkədən gələn idmançılar idmanın bu növünün sirləri ilə yaxından tanış olmaq şansı əldə edib. Bundan başqa, seminarda yarışda tətbiq olunacaq qaydalar da idmançılara ətraflı izah olunub. 

Yarışda Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin yetirmələri 80 kq çəki dərəcəsində Samir İsaqov, 84 kq çəki dərəcəsində Rəşid Davudov, 62 kq çəki dərəcəsində ictimai birliyin Gəncə filialının yetirməsi Baxşəli Əliyev, 91 kq çəki dərəcəsində ictimai birliyin Zaqatala filialının yetirməsi Murad Dibrayev fəxri kürsünün birinci pilləsində qərarlaşmış və turnir üçün xüsusi olaraq hazırlanan kəmərləri əldə ediblər. Bundan başqa, turnirdə Qarabağ İdman Klubu, ictimai birliyin Gəncə, Zaqatala və Suraxanı filallarının yetirmələri xüsus fərqlənmə ilə çıxış edib və yüksək nailiyyətlər əldə ediblər. 

Taleh Həsənov yarışda əldə olunan nəticələrə görə ictimai birliyin Suraxanı filialının rəbəri Ramin Quliyevə, Zaqatala filialının rəhbəri Fuad Şabanova, Gəncə filialının rəbəri Səbuhi Məmmədova, həmçinin Qarabağ İdman Klubunun rəhbəri Anar Səfərova öz dərin minnətdarlığını bildirmiş, bundan sonra da ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 14092

Oxşar yazılar