Azərbaycan Gimnastika Federasiyası yenə dünyada birinci oldu

  • 17:49 - 02 Mart

Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyasının (FIG) “Mükafatlandırılan Federasiyalar" siyahısında birinci yerə layiq görülüb.

AGF-dən Avropa.info-ya verilən məlumatına görə, 2019-cu ilin nəticələrinə əsasən qurum yenə liderliyini əldən verməyib.

Ötən il AGF tərəfindən gimnastikanın 3 növü üzrə Dünya Kuboku, bədii gimnastika üzrə dünya çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın 7 yarış növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı bu dəfə də yüksək dəyərləndirilib.

Özündə 148 federasiyanı birləşdirən beynəlxalq qurum reytinq siyahısında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası stabil olaraq, 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017 və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.


Oxunma sayı: 6205

Oxşar yazılar