Tural Gəncəliyev: "Müharibə istədiyimiz kimi bitəcək"

  • 14:25 - 29 Fevral

Hazırda hərbi əməliyyatlar davam etməsə də, ancaq biz torpaqların sahibi olaraq münaqişə başlayanda ərazi bütövlüyümüzü bərpa etməyə hazırlıqlı olmalıyıq.

Avropa.info apa-ya istinadən xəbər verir ki, bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Tural Gəncəliyev bu gün keçirilən tədbirdə deyib.

O bildirib ki, müharibə bizim istədiyimiz kimi bitəcək: “Biz istəmədən ermənilər bizə qarşı savaş açdı, torpaqlarımızı işğal etdi. Amma müharibənin sonu bizim istədiyimiz kimi bitəcək. Hazırda bütün fəaliyyətimiz, yazdığımız hər status bir güllədir. Sosial şəbəkələrin gücü bu gün hər kəsə bəllidir. Biz öz torpaqlarımıza qayıtmayanadək sakit dayanmamalıyıq”.


Oxunma sayı: 5721

Oxşar yazılar