Bu ölkə də İrandan gələnlərin ölkəyə girişini qadağan etdi

  • 14:00 - 29 Fevral

Salvador hökuməti koronavirusla əlaqədar İrandan gələn şəxslərin ölkəyə girişinə qadağa qoyub.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, bununla əlaqəli Salvador Miqrasiya Xidmətinə müvafiq sərəncam verilib.

İrandan gələn Salvador vətəndaşları və diplomatları isə 30 gün müddətinə karantinə alınacaq.

Qeyd edək ki, bundan əvvəl Salvador Cənubi Koreya və İtaliya vətəndaşları üçün ölkəyə girişi qadağan etmişdi.


Oxunma sayı: 5369

Oxşar yazılar