Ərdoğan Suriyadakı hərbi əməliyyatlardan danışdı: "Dünən Putinə dedim ki..."

  • 13:55 - 29 Fevral

"Suriya məsələsi Türkiyə üçün əsla bir macəra və sərhədlərini genişlətmə cəhdi deyil".

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan bugünkü çıxışında deyib. Ərdoğan Türkiyənin 3,7 milyon nəfər suriyalıya sığınacaq verdiyini, ölkənin yeni miqrasiya dalğasına cavab verəcək halda olmadığını bildirib.

“Bizə deyirlər ki, “Sizin orada nə işiniz var”. Hazırda Suriya işğal altındakı torpaqlarını qorumaq məcburiyyətindədir deyirlər. Bunun çox açıq deyənlərə dedim. Dedim qüsura baxmayın, biz ora Əsədin dəvəti ilə getmədik. Biz ora Suriya xalqının dəvəti ilə getdik.

Suriya xalqı “bu iş bitdi” demədən bizim oradan çıxmaq niyyətimiz yoxdur. Bunu da dedim, xüsusilə bilmənizi istəyirəm. Dünən Putinə dedim: “Sizin orada nə işiniz var. Baza inşa edəcəksinizsə, yenə inşa edin. Amma bizim önümüzdən çəkilin, rejimlə baş-başa buraxın. Biz lazım olanı edərik. Onlar da “biz çəkildik” demirlər. Mənfəətləri nədir? İnanın bunu həll etmiş deyilik. İki-üç dənə baza tikin. Bununla bizim dərdimiz yoxdur. Bununla bağlı problemimiz yoxdur. Dünən gecə Tramp deyir ki, Putinin nə gözləntisi, nə istəyi var? Bunları dedikdən sonra Qamışlıda neftlə bağlı məsələnin olduğunu dedim. Orada “neft var?” deyə soruşdu, dedim var. Ondan sonra belə bir mənzərə ilə qarşı-qarşıyayıq. Lakin bizim belə dərdimiz yoxdur. Nə neft dərdimiz var, nə torpaq dərdimiz. Təhlükəsizlik zonası ilə sərhədlərimizi təminat altına almaq istəyirik. Bu baş verənlərdən sonra İdlibdə 3-4 milyon insanın yaşadığı yerdə hər tərəfi yerlə-yeksan etdilər”. 

Ərdoğan Merkellə telefon söhbətindən də danışıb:

“Qəribə bir şey deyəcəm. Merkelə dedim ki, bax, vəziyyət belədir. Siz mənə daha əvvəl böyük rəqəmlər vəd etmişdiniz, bura gəlin siz də dəstək verin, buranı inşa edək. Deyə-deyə, ən çox 25 milyon avro verərəm dedi. Biz ona da razıyıq dedik. Sonra pulu Qırmızı Xaç Cəmiyyətinə verəcəyini, Qızıl Xaçdan da Qızıl Ayparaya köçürüləcəyini bildirdi. Bu rəqəmi izləyirik. Dedilər ki, qaçqınlar BMT Qaçqınlar Baş Komissiyasına getməlidirlər. Oradan Qızıl Xaça, Qızıl Xaçdan da Qızıl Ayparaya. “Pul hazırdır” dedi. Dedim, hazır olan pulunuz bura gəlmir. Verəcəksiniz verin, verməyəcksiniz dünən dediyimi deyirəm. O zaman bu qaçqınları sizə göndərək, o biz sizə 25 deyil, 100 milyon avro verək. Merkel “istəmirəm”, dedi. Mən sizin praktik olmağınızı istəyirəm, dedi. Biz ölüm-dirim mübarizəsi aparırıq”. 


Oxunma sayı: 9252

Oxşar yazılar