Türkiyədən Yunanıstana keçmək istəyən miqrantların qarşısı qaz bombası ilə alındı

  • 13:43 - 29 Fevral

Yunanıstan əsgərləri Türkiyədən bu ölkəyə keçmək istəyən miqrantlara qarşı qaz bombasından istifadə edib.

Avropa.info AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Türkiyənin Ədirnə şəhərindəki “Pazarkule” sərhəd-keçid məntəqəsində baş verib.

Qaz bombasının təsirindən miqrantlar geri çəkiliblər. Hazırda yunan əsgərlərinin miqrantlarla geri qayıtmaları ilə bağlı danışıqlar aparılır.


Oxunma sayı: 5017

Oxşar yazılar