Arif Hacılı da Prezident Administrasiyasına çağırıldı

  • 13:28 - 29 Fevral

Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim.

Aropa.info xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

"Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim", - A.Hacılı əlavə edib.

Xatırladaq ki, Ə.Vəliyev bundan öncə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və ReAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.


Oxunma sayı: 7866

Oxşar yazılar