İdlibdə baş verənlər geosiyasi vəziyyəti dəyişir: Alman nəşri Türkyə əsgərlərinə hücumdan yazdı

  • 13:09 - 29 Fevral

"İdlibdəki hücumlar Suriya müharibəsi ətrafında geosiyasi vəziyyətin dəyişməsinə səbəb oldu. Türkiyə ilə ABŞ bir araya gəldi, Rusiya təcrid olundu və Avropa çətin vəziyyətə düşdü". 

Avropa.info xəbər verir ki, bu, İdlibdə baş verən son hadisələrlə bağlı Almaniya nəşri "Handelsblatt"ın yazdıqlarındadır. 

"Suriyada açıq müharibə planlaşdırılır. Suriyada Əsəd rejimi qüvvələri cümə günü gecə İdlibdə onlarla türk əsgərini öldürdükdən sonra Türkiyə ordusu dərhal Suriya və Rusiya mövqelərinə cavab zərbəsi endirdi", deyə müəllif qeyd edir. 

"Hərbi eskalasiya əhəmiyyətli geosiyasi nəticələrə səbəb olur: Suriyadakı son dərəcə kövrək tarazlıq artıq məhv edilir. Açıq münaqişə yerli və beynəlxalq alyanslarla vəziyyəti dəyişdirir. Avropa yenidən fəsadlarla üzləşə bilər", deyə nəşr yazır. 

"Son vaxtlar Moskva və Ankara arasında bir böhran yaşandı. Suriyada Əsəd qüvvələrinin Türkiyə hərbi birliklərinə bir neçə hücum etməsindən sonra Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfində olmadığı aydın oldu. Son bir neçə gündə Rusiya Türkiyə ilə təmaslardan qaçdı və beləliklə taktiki bir ittifaqın sona çatacağına işarə etdi", məqalədə bildirilir. 

"Birləşmiş Ştatlar da öz növbəsində bu yaxınlarda Türkiyə ilə tərəf müqabili oldu. Hücumlardan bir qədər əvvəl, Amerikalıların Patriot zenit raketlərinin Türkiyə-Suriya sərhədinə - dəqiq ölümcül hücumların baş verdiyi bölgəyə yerləşdiriləcəyi ilə əlaqədar fərziyyələr də ortaya çıxdı" , - məqalədə deyilir. 

"Hücumlardan qısa müddət sonra ABŞ senatoru Lindsi Qrehem İdlib üzərində uçuş zonası yaratmağı tələb etdi. Bu da Türkiyənin 2015-ci ildən bəri tələb etdiyi məsələdir" deyə məqalə müəllifi vurğulayır: "ABŞ indi bu istəyi yerinə yetirirsə, bu, Vaşinqton və Ankaranın bir neçə illik diplomatik mübahisədən sonra yenidən yaxınlaşması demək olacaq". 

"Baş verənlər Avropaya yalnız dolayı yollarla təsir etmir. Hücumlardan qısa müddət sonra Ərdoğan Suriyadan gələn qaçqınların Avropaya girməsinə mane olmayacaqlarını açıqladı. Beləliklə, Türkiyə rəhbərliyi Avropanın üzərinə öhdəliklər qoymaq istəyir", deyə məqalə müəlifi yazır. 

"İndi AB dərhal hərəkətə keçməyə məcburdur. İdlibdə 900 minə yaxın insan qaçqın vəziyyətinə düşür. Əgər bu insanlar Türkiyədən Avropaya gedərlərsə, vəziyyət 2015-ci ildəki kimi ola bilər" deyə nəşr qeyd edir. 

"ABŞ və Prezident Donald Trampın nöqteyi-nəzərindən hər şey əksinə, plana uyğun gedir. Amerikalı əsgərlər zərər görməyiblər. NATO üzvü olan Türkiyə gələcəkdə açıq şəkildə Rusiyadan uzaqlaşacaq və köhnə ittifaqına dönəcək. Avropa artıq zəifləyib. Bu da Trampın maraqlarına uyğundur". 

"ABŞ Prezidenti indi müxtəlif yollarla nail ola bilər ki, heç olmazsa NATO üzvü olan Avropa ölkələri hərbi mənada Suriya müharibəsində daha çox iştirak etsinlər", deyə məqalə müəllifi hesab edir. 

"Handelsblatt"ın məqaləsində sonda qeyd edilir: "Yeni bir böhran sözün həqiqi mənasında Avropanın astanasındadır."


Oxunma sayı: 7492

Oxşar yazılar