Koronovirus ən varlıları da vurdu - 444 milyard dollar itirdilər

  • 12:41 - 29 Fevral

“Bloomberg” agentliyinin məlumatına görə, son həftə ərazində dünya birjalarında indekslərin enməsi üzündən dünyanın 500 ən varlı adamının sərvəti 444 milyard dollar azalıb.

Avropa.info xəbər verir ki, digər səbəb isə bir çox ölkədə yeni tip koronovirus SARS-CoV-2 yayılması göstərilir. Ən çox ziyan görən isə “Amazon”un sahibi Ceff Bezos olub. O, 11,9 milyard dollar itirib.

“Microsoft” sahibi Bill Geyts 10 milyard, LVMH (Louis Vuitton Moët Hennessy) prezidenti Bernar Arno 9,1 milyard, “Tesla”nın sahibi İlon Mask 9 milyard dollar itirib. Kasıblaşan milyarderlər arasında ilk onluğa ameriaklı biznesmen Uorren Baffet, “İnditex”in sahibi Amansio Orteqa, “Facebook”un təsisçisi Mark Zukerberq, “Google”un əsasını qoyan Sergey Brin və Larri Peyc və meksikalı biznesmen Karlos Slimdir.

Ümumilikdə dünya milyarderlərinin 80%-i koronovirus üzündən maliyyə itkisinə məruz qalıb. 


Oxunma sayı: 6711

Oxşar yazılar