AZAL: Ankaraya uçan təyyarə geri qayıdıb

  • 12:23 - 29 Fevral

Bakıdan Ankaraya yerli vaxtla saat 10:35-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib.

AZAL-dan Avropa.info-ya verilən məlumata görə, saat 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib.

Qeyd olunub ki, reys saat 12:30-a qədər gecikir.


Oxunma sayı: 4159

Oxşar yazılar