İdlibdə İran dəstəkli döyüşçülərin Türkiyə qorxusu: "Ruslar bizi satdı, vəziyyət çox kritikdir"

  • 11:55 - 29 Fevral

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın İdlib şəhərində təşkil etdiyi hərbi əməliyyatlarda böyük itki verən İran dəstəkli silahlılarının arasında təşviş aralarındakı "Votsap" yazışmalarında özünü göstərib.

Avropa.info xəbər verir ki, yazışmalar "Anadalo" agentliyi əməkdaşlarının əlinə keçib.

Əsəd rejimi tərəfində vuruşan silahlılar Rusiyanı TSQ-nin əməliyatlarında onlara kömək etməməkdə ittiham edib. Əsəd rejiminə bağlı qüvvələrin bölgədən qaçdıqlarını və qruplaşmanı tək buraxdıqlarını bildiriblər.

Dünən İdlibdə baş verənlərlə əlaqədar qrupa səs yazısı göndərən bir döyüşçü, "Rusiya ordusu bizə kömək etmədi və Suriya ordusu da bölgədən qaçdı. Gənclərimiz təkbaşına qaldı. Türkiyə ordusu bölgəni ağır bombardman etdi. Dağıntılar altında qalan itkilərimiz var. Hələ heç bir şey deyil və ruslar hələ də laqeyddirlər. Hələlik heç bir şey soruşmayaq, vəziyyət çox kritikdir", ifadələrini yazıb.


Oxunma sayı: 10880

Oxşar yazılar