Koronovirus Fransada epidemiya halını alır

  • 29 Fev - 2020

Fransada son sutkalar ərzində 20 yeni koronovirusa yoluxma halı qeydə alınıb.

Avropa.info xəbər verir ki, bu barədə France İnfo məlumat yayıb. Fransa səhiyyə naziri Olivye Veranın sözlərinə görə, yoluxan şəxslərin sayı bir neçə gün ərzində 57 nəfər çatıb.

Onun sözlərinə görə, epidemiya ikinci mərhələyə keçib və ölkə ərazisində yayılmasını dayandırmaq lazımdır.

Nazir fransızları tez-tez əllərini yumağa, əl sıxmaqdan uzaq durmağa, həssas səhhəti olan adamlara diqqətlə yanaşmağa çağırıb.

Qeyd edək ki, Fransada koronovirusdan ölənlərin sayı biri çinli turist olmaqla iki nəfərdir. 


Oxunma sayı: 2102

Oxşar yazılar