Bakı polisi itkin düşən 5 nəfəri tapıb

  • 11:05 - 29 Fevral

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də 30 cinayətin üstü açılıb.

Bu barədə Avropa.info-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Quldurluqla bağlı 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.


Oxunma sayı: 3818

Oxşar yazılar