İsveçrədə kütləvi tədbirlərin keçirilməsi qadağan edildi

  • 23:50 - 28 Fevral

İsveçrə hökuməti yeni növ koronavirus təhlükəsi ilə əlaqədar ölkədə keçirilən və mindən artıq şəxsin iştirakı nəzərdə tutulan bütün kütləvi tədbirləri qadağan edib. 

Şimali İtaliyada virusun yayılması ilə əlaqədar Alp ölkəsində bir sıra böyük tədbirlər təxirə salınıb. Təxirə salınan tədbirlər arasında avtomobil bazarında özünəməxsus yerə malik “Cenevrə Avtosalonu” (5-15 mart) da var. 

Kütləvi tədbirlərin qadağan olunmasına dair qərar martın 15-dək qüvvədə olacaq, aktual vəziyyəti nəzərə alaraq qadağanın uzadılması barədə qərar həmin vaxt veriləcək.


Oxunma sayı: 5380

Oxşar yazılar