Koronavirus "Liverpul"u çempionluqdan edə bilər

  • 28 Fev - 2020

Futbol üzrə İngiltərə Premyer Liqasının lideri "Liverpul"un cari mövsümdə çempionluq arzusu reallaşmaya bilər.

Yerli çempionat koronavirus epidemiyası ilə əlaqədar təxirə salınsa, klubların geridə qalan 27 turdakı nəticələrinin də ləğvi istisna olunmur.

Məlumatda bildirilib ki, bu məsələ hələ tam təsdiqini tapmayıb. Yalnız İngiltərədə yarışların 2 ay müddətinə dayandırılması ilə bağlı rəsmi qərar qəbul olunduqdan sonra bu barədə danışıqlara start veriləcək.

Qeyd edək ki, 27 turdan 79 xal toplayan "Liverpul" klubu turnir cədvəlinə başçılıq edir. Komanda qarşıdakı 4 çempionat oyununu qələbə ilə başa vursa, çempionluğu vaxtından əvvəl təmin edəcək.


Oxunma sayı: 2190

Oxşar yazılar